U-23 Avropa çempionatının son günündə Azərbaycanın 4 güləşçisi mübarizə aparacaq
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.
"Sizinxeber.az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına əsasən turnirin sonuncu - 7-ci günündə Azərbaycanın 4 güləşçisi xalça üzərinə çıxacaq.
Elmin Əliyev (82 kq) finalda gürcüstanlı Tornike Mikeladze ilə üz-üzə gələcək.
Ayxan Cavadovla (60 kq) Fərid Xəlilov (67 kq), bürünc medal uğrunda yarışacaq.
Fərahim Mustafayev (72 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, Azərbaycanlı güləşçilər U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 13 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Fərid Sadıxlı, Gültəkin Şirinova (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal sahibi olublar.
Oxşar xəbərlər
Azərbaycan daha bir güləşçisi Serbiyada U-23 Avropa çempionatında medal qazanıb - YENİLƏNİB-2
Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır, biri medal görüşünə çıxacaq
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

