ABF-nin baş katibi: "Ümid edirik ki, 3x3 basketbol millimiz Avropa Kubokunda yaxşı nəticə göstərəcək"
sizinxeber.az xəbər saytı

ABF-nin baş katibi: "Ümid edirik ki, 3x3 basketbol millimiz Avropa Kubokunda yaxşı nəticə göstərəcək"


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisindən Avropa Kubokunda yaxşı nəticələr gözlənilir.

Bunu “Report”a Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov deyib.

Qurum rəsmisi komandanın güclü olduğunu söyləyib:

“Bildiyiniz kimi, Dünya Seriyasında Fransa və Ukrayna komandaları da var idi. Hətta Ukrayna ilə Bakıda görüşmüşdük və məğlub olmuşduq. 3x3 basketbol elə bir oyundur ki, hər şey gözlənilir. Yəni burada autsayder və ya lider yoxdur. Hər komanda digərinə qalib gələ bilər. Xüsusən də Avropa Kubokunda zəif komanda yoxdur. Milli hazırda Serbiyada toplanışdadır. Ümid edirik ki, turnirdə yaxşı nəticə göstərərlər. Qalib gəlmək ehtimalı həmişə var. Komandamız çox güclüdür, Paris olimpiadasında iştirak ediblər. Ümidvaram ki, Avropa Kubokunda da optimal formada iştirak edərlər”.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Avropa Kuboku sentyabrın 5–7-si aralığında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.

Oxşar xəbərlər

3x3 basketbol üzrə Azərbaycan milliləri Avropa Kubokunda mübarizəyə başlayır
Azərbaycan millisinin baş məşqçisi: Avropa Kubokunda öz oyunumuza qayıdacağımıza ümid edirəm
"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır
Fərrux Mahmudov: “Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasında əla performans göstərdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle