Azərbaycan millisinin baş məşqçisi: “Ümid edirəm ki, Avropa çempionatında qələbələr qazanacağıq”
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisinin baş məşqçisi Evren Alkaya Belarusda keçirilən təlim-məşq toplanışını dəyərləndirib.
Mütəxəssis bu barədə “Report”a açıqlama verib.
O, yoxlama görüşləri barədə danışıb:
“Güclü rəqiblərlə oynadıq. Belarusun U-14 komandasına qarşı keçirdiyimiz hər iki oyun yaxşı oldu. Təbii ki, yaşla əlaqədar fiziki göstəricilərimiz daha yaxşı olduğu üçün qələbə qazana bildik. Belarusun U-18 çempionatında ilk pillələrdə yer alan üç komandaya - “Horizont”, “Rquor” və “Viktoriya”ya qarşı oyunlar keçirdik. Çox ciddi və hazır rəqiblər idi. Həm fiziki cəhətdən yaxşı, həm də təcrübəli olduqlarına görə bizə çətinliklər yaşatdılar. “Horizont” və “Viktoriya”ya tam formada olmadığımız üçün uduzduq. Baxmayaraq ki, oyunlar çox templi keçdi. “Rquor”un basketbolçuları fiziki cəhətdən çox güclü idilər. Qiymətli toplanış idi, zəif tərəflərimizi aşkarladıq. U-16-dan dəvət etdiyimiz yeni oyunçular da komandaya uyğunlaşıblar”.
Türkiyəli baş məşqçi qarşıdan gələn Avropa çempionatında ilk “3-lük”də qərarlaşmaq istədiklərini vurğulayıb:
“10 gündən sonra Avropa çempionatı ilə bağlı Litvaya yollanacağıq. İyulun 4-də Bosniya və Herseqovina ilə qarşılaşacağıq. Çox ciddi komandadır, 30-40 illik qadın basketbolu mədəniyyətinə malikdirlər. Çox yaxşı komanda formalaşdırıblar. Daha sonra Ukrayna, Litva, Kosova və İslandiya ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, qrupda ilk 3 yerdən birini tutub növbəti mərhələdə oynamaq şansı qazanacağıq. Oyunçularımıza güvənirik, bir-birilərinə uyğunlaşırlar. Tam formalaşmaları üçün zaman lazımdır. Azərbaycan U-18 millisi tarixdə ilk dəfə belə yarışda iştirak edəcək. Ümidvaram ki qələbələr qazanacağıq”.
Qeyd edək ki, yığma Belarusdakı təlim-məşq toplanışında 6 yoxlama oyunu keçirib. Komanda yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib, "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.
Toplanış iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq məqsədi daşıyıb.
Oxşar xəbərlər
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatında çıxışı dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi Türkiyəyə qarşı oyunları dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi: "Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi"
Azərbaycanın futzal millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
