Doqquz ildən sonra NBA-da final seriyasının yeddinci oyunu keçiriləcək
sizinxeber.az xəbər saytı

Doqquz ildən sonra NBA-da final seriyasının yeddinci oyunu keçiriləcək


Milli Basketbol Assosiasiyasında (NBA) doqquz ildən sonra final seriyasının yeddinci oyunu keçiriləcək.

"Report"un məlumatına görə, buna "İndiana"nın altıncı matçda "Oklahoma"nı məğlub edərək (108:91) seriyada hesabı bərabərləşdirməsi səbəb olub - 3:3.

NBA-da final seriyasında yeddinci oyun sonuncu dəfə 2016-cı ildə gerçəkləşib. Həmin vaxt "Klivlend" "Qolden Steyt"ə qalib gələrək (93:89) çempion olub.

Qeyd edək ki, "İndiana" və "Oklahoma" arasında finalın yeddinci, həlledici qarşılaşması iyunun 23-də, Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Oxşar xəbərlər

NBA-da final seriyasının üçüncü oyunu keçirilib
NBA-da yarımfinal seriyasının daha bir oyunu keçirilib, "Oklahoma" fərqi artırıb
Azərbaycan Basketbol Liqası: Bu gün final seriyasının altıncı oyunu keçiriləcək
NBA-da ilk finalçı bəlli olub
Azərbaycan Basketbol Liqası: Final seriyasının üçüncü oyunu bu gün keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər