Qurban Qurbanov da qızıl qazandı
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov da qızıl qazandı


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tyulbayevə (UWW) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da, təmsilçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb - YENİLƏNİB-2
Azərbaycan güləşçisi Həsrət Cəfərov Avropa çempionu olub - YENİLƏNİB
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2
Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da finala yüksəlib - YENİLƏNİB-2
Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər