Azərbaycan güləşçisi Həsrət Cəfərov Avropa çempionu olub - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata (7:5) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bununla da Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2
Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib - YENİLƏNİB
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi İslam Abbasov bürünc medal qazanıb - YENİLƏNİB
Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da finala yüksəlib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
