Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da finala yüksəlib - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da finala yüksəlib - YENİLƏNİB-2


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

"Report" xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.

Qurban Qurbanov qızıl medal uğrunda görüşdə Adlet Tyulyubaev (UWW) ilə üz-üzə gələcək.

Digər güləşçi Nihat Məmmədli (60 kq) bürünc, Həsrət Cəfərov (67 kq) isə qızıl medal uğrunda mübarizə aparacaq.

Medal görüşləri sabah baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.

Həsrət Cəfərov qızıl medal uğrunda görüşdə Murat Fıratla (Türkiyə) üz-üzə gələcək.

Digər güləşçi Nihat Məmmədli (60 kq) isə sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstalı rəqibi Dieqo Çxikvadzeyə qalib gəlib.

Bununla da Nihat Məmmədli üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib - YENİLƏNİB
Avropa çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə qazanıb
Azərbaycan güləşçisi Nihat Məmmədli bürünc medal uğrunda qarşılaşmaya çıxacaq
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər