40 yaşlı braziliyalı futbolçunun yeni klubu müəyyənləşib
sizinxeber.az xəbər saytı

40 yaşlı braziliyalı futbolçunun yeni klubu müəyyənləşib


Braziliya millisinin sabiq futbolçusu, 40 yaşlı Vaqner Lav ölkəsinin C Seriyasında çıxış edən “Retro” ilə anlaşıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə bir illik müqavilə imzalanıb. Hazırda Braziliyanın üçüncü divizionu sayılan C Seriyasında çıxış edən “Retro” ötən il D Seriyasının qalibi olub.

Qeyd edək ki, futbolçu karyerası ərzində Braziliyada “Palmeyras”, “Flamenqo”, “Korintians”, Türkiyədə “Beşiktaş”, “Alanyaspor”, Fransada “Monako”, Rusiyada ÇSKA kimi klubların da formasını geyinib.

Oxşar xəbərlər

Braziliya millisinin sabiq üzvünün yeni klubu müəyyənləşib
"Latsio"nun sabiq futbolçusunun yeni klubu bəlli olub
"Fənərbağça"nın 43 yaşlı sabiq futbolçusunun yeni klubu bəlli olub
Braziliya yığmasının sabiq hücumçusu vida matçı keçirəcək
Braziliya millisinin sabiq futbolçusu Avstraliya klubuna keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər