AFFA bir baş məşqçini 5, üç futbolçunu 4 oyunluq cəzalandırıb
sizinxeber.az xəbər saytı

AFFA bir baş məşqçini 5, üç futbolçunu 4 oyunluq cəzalandırıb


AFFA bir baş məşqçini 5, üç futbolçunu 4 oyunluq cəzalandırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-14 Liqasında keçirilən “Neftçi” - “Metak” oyununun 18-ci dəqiqəsində qonaqların baş məşqçisi Vüqar Asəliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

AFFA Gənclər Liqasında baş tutan “Şamaxı” - “Kəpəz” oyununda Gəncə klubunun futbolçusu Amur Yusifov 45-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya olunub.

AFFA U-17 Liqasında keçirilən “Kəpəz” - “Səbail” matçında meydan sahiblərinin futbolçusu Sabir Zeynalov 89-cu dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzaya məruz qalıb.

AFFA U-16 Liqasında isə “Neftçi”nin futbolçusu Altun Xancanlı “Zirə” ilə matçın 66-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Oxşar xəbərlər

AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırıb
AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib
AFFA iki futbolçunu 4, bir məşqçini 5 oyunluq cəzalandırıb
AFFA iki klubun rəsmilərini 5 oyunluq cəzalandırıb
AFFA iki futbolçunu 4, bir məşqçini isə 5 oyunluq cəzalandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər