

Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir"
Minifutbol üzrə Türkiyə millisinin baş məşqçisi Durul Tuğ Bakıda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis bu barədə "Sizinxeber.az"a açıqlama verib.
O, Macarıstanla heç-heçə (1:1) etdikləri C qrupunun ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Türkiyə yığması bu dəfə yarışa fərqli heyətlə gəlib. Artıq bu yarışlara daha ciddi yanaşırıq. Yaxşı işlər görmək istəyirik. Bunu ilk qarşılaşmada gördük. Macarıstan çox yaxşı rəqibdir. Bu bərabərlik önəmli idi. Türkiyə minifutbolu üçün dəyərli heç-heçədir".
Baş məşqçi Bakıdakı təşkilatçılıq barədə danışıb:
"Burada möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir. Bir çox turnirlərdə iştirak etmişik. Sizin ölkənizdəki tamam fərqlidir. Azərbaycan xalqından daha çox dəstək istəyirik. Oteldə, küçədə və başqa yerlərdə özümüzü Türkiyədəki kimi hiss edirik. Bunun üçün təşəkkür edirəm. Amma tribunalarda da bunu görmək istəyirəm. Dəstəyiniz bizim üçün önəmlidir".
O, turnirdəki hədəflərindən də söz açıb:
"İndiyədək dünya çempionatında qrupdan çıxa bilməmişik. Addım-addım irəli getmək niyyətindəyik. İlk olaraq qrupdan çıxmağı hədəfləmişik".
Oxşar xəbərlər
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir"
Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının daha bir oyunu keçirilib
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatı futbolçular üçün böyük təcrübə oldu"
Millinin baş məşqçisi: Azərbaycanı dünya çempionatında layiqincə təmsil etməyə çalışacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
