Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatı futbolçular üçün böyük təcrübə oldu"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatı futbolçular üçün böyük təcrübə oldu"


Dünya çempionatı futbolçular üçün böyük təcrübə oldu.

Bunu "Report"a açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatı haqqında danışıb:

"Mənim üçün nəticədən daha vacib uşaqların bu yarışda iştirak etməsi idi. Bunun üçün Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Oyunçulara bu cür şərait yaratdılar. Serbiya, Slovakiya, Çexiya və İngiltərə fiziki cəhətdən çox güclü kollektivlərdir. Hətta deyərdim ki, bizim futbolçulardan üç dəfə güclüdürlər. Matçlarda uduzmağımızın səbəbi də bu oldu. Komandada yer alanların əksəriyyətinin 21 yaşı var. Bu da böyük rol oynadı. Amma mübarizə apardıq və yarışdakı çıxışımızdan razıyam".

Qeyd edək ki, Azərbaycanın U-23 millisi bürünc medal uğrunda görüşdə Serbiyanın müvafiq yaş qrupundan ibarət yığmasına 0:3 hesabı ilə uduzub. Komanda yarımfinalda Çexiyaya 3:4 hesabı ilə məğlub olub. R.Fərəczadənin yetirmələri 1/4 finalda İngiltərədən (3:0) güclü olub, qrupda isə Hindistanı 16 cavabsız qolla üstələsə də, Serbiya (1:5) və Çexiyaya (0:2) yenilib.

Oxşar xəbərlər

Dünya çempionatı: Azərbaycan millisi üçüncü yer uğrunda oyunda məğlub olub
Dünya çempionatı: Azərbaycanın U-23 millisi yarımfinalda məğlub olub
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisi yarımfinal matçına çıxacaq
Millinin baş məşqçisi: Azərbaycanı dünya çempionatında layiqincə təmsil etməyə çalışacağıq
Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında hədəfimiz qrupdan çıxmaqdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər