Avropa Liqasının ikiqat qalibi klubu ilə vidalaşır
sizinxeber.az xəbər saytı

Avropa Liqasının ikiqat qalibi klubu ilə vidalaşır


İspaniyanın "Sevilya" klubu futbolçusu Suso ilə yollarını ayıracaq.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 31 yaşlı oyunçunun mövsümün sonunda başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq.

Qeyd edək ki, Suso 2020-ci ilin yayından La Liqa təmsilçisinin formasını geyinir. O, 2019/2020 və 2022/2023 mövsümlərində bu komanda ilə Avropa Liqasının qalibi olub. İspan futbolçu daha əvvəl İtaliyada "Milan", İngiltərədə "Liverpul" kimi klublarda da çıxış edib.

Oxşar xəbərlər

İngiltərəli məşhur futbolçu "Monako"ya keçir
"İnter" iki futbolçu ilə vidalaşır
"Sevilya"nın futbolçusu klubdan ayrılacaq
Avropa çempionu yayda "Arsenal"dan ayrılacaq
İtaliya millisinin üzvü mövsümün sonunda "Milan"a keçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər