sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında çempionluq şansını itirib
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.
"Report" xəbər verir ki, XXXI turda turnir cədvəlinin lideri "Əl-İttihad" "Əl-Faiha"nı 3:0 hesabı ilə məğlub edərək xallarının sayını 74-ə çatdırıb.
Bu nəticədən sonra cari mövsümün başa çatmasına 4 tur qalmış 60 xala malik "Əl-Nəsr" kollektivinin liderə çata bilməyəcəyi dəqiqləşib.
Beşinci pillədə yer alan “Əl-Nəsr” ikinci sıradakı “Əl-Hilal”dan 5 xal geri qalır.
Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında iki il yarım ərzində bir dəfə də olsun kubok qazana bilməyib.
Oxşar xəbərlər
Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun baş məşqçisi postundan qovulub
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubu Kral Kubokunda qələbə qazanıb
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
Asiya Çempionlar Liqası: Ronaldunun dubl etdiyi matçda "Əl-Nəsr" qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













