Asiya Çempionlar Liqası: Ronaldunun dubl etdiyi matçda "Əl-Nəsr" qələbə qazanıb
sizinxeber.az xəbər saytı

Asiya Çempionlar Liqası: Ronaldunun dubl etdiyi matçda "Əl-Nəsr" qələbə qazanıb


Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Asiya Çempionlar Liqasının V turunda qələbə qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, Ronaldunun dubl etdiyi (46, 64) matçda komandası Qətər təmsilçisi "Əl-Qarafa"nı 3:1 hesabı ilə məğlub edib.

"Əl-Nəsr"in digər qolunu Angelo Qabriel (58) rəqib qapısından keçirib. "Əl-Qarafa"nın yeganə qolunu isə "Real"ın (Madrid, İspaniya) sabiq futbolçusu Xoselu (75) vurub.

Qeyd edək ki, Ronaldu bununla da karyerasında vurduğu qolların sayını 913-ə çatdırıb.

Oxşar xəbərlər

Asiya Çempionlar Liqası: Ronaldulu "Əl-Nəsr" qələbə qazanıb
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubu Kral Kubokunda qələbə qazanıb
Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun baş məşqçisi postundan qovulub
Asiya Çempionlar Liqası: Ronaldusuz "Əl-Nəsr" ilk matçını keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle