"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursunda iştirak edib
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda (UEFA SCCC) iştirak edib.
Ağdam təmsilçisindən "Sizinxeber.az"a verilən məlumata görə, O, seçimlər əsasında qatıldığı proqramın 6-cı buraxılışını uğurla tamamlayıb.
Avropa futbol qurumunun Nyon şəhərində yerləşən baş qərargahında keçirilən təlimlərin yekununda Hacıyevə UEFA-nın diplomu təqdim olunub.
Dörd gün davam edən kurs çərçivəsində iştirakçılar müxtəlif sahələri əhatə edən intensiv sessiyalarda bilik və təcrübələrini artırıblar. Kurs zamanı strateji kommunikasiya planlaşdırılması və taktiki aktivasiya, böhran vəziyyətlərində kommunikasiya və simulyativ mətbuat konfransı, futbolda süni intellektin rolu, həmçinin rəqəmsal platformalarda kreativliyi mövzuları müzakirə olunub, fikir mübadilələri aparılıb.
Nyonda təşkil olunan bu nüfuzlu və intensiv kursa “Qarabağ”la yanaşı, Avropanın aparıcı futbol klublarının, federasiyalarının media və kommunikasiya rəhbərləri də qatılıblar. “Arsenal”, “Atletiko” kimi klubların, həmçinin La Liqa nümayəndələrinin çıxışları maraqla qarşılanıb və fikir mübadilələri ilə davam etdirilib. Təlimlər zamanı dünyanın müxtəlif ölkələrindən olan peşəkar kommunikasya mütəxəssisləri də fikir və təcrübələrini klub nümayəndələri ilə paylaşıblar.
Hacıyevin tədbirdə iştirakı daim təkcə meydanda deyil, bütün istiqamətlərdə fəaliyyətə, xüsusilə təhsil sahəsinə böyük önəm verən klubumuzun dəstəyi ilə gerçəkləşib. Məhz bunun nəticəsidir ki, “Qarabağ”ın müxtəlif departamentlərinin nümayəndələri dəfələrlə dünya və qitəmiqyaslı təlimlərdə, tədbirlərdə ölkəmizi təmsil ediblər.
Xatırladaq ki, Hacıyev ötən ay Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Azərbaycan kubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycanın FIFA referiləri UEFA kursunda iştirak edəcəklər
"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi UEFA-nın təşkil etdiyi kursda təlimatçı kimi iştirak edib
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
