"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi UEFA-nın təşkil etdiyi kursda təlimatçı kimi iştirak edib
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi UEFA-nın təşkil etdiyi kursda təlimatçı kimi iştirak edib


"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.

Klubdan "Report"a verilən məlumata görə, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.

Mütəxəssis məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandanın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.

Oxşar xəbərlər

Goranboyda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı başa çatıb
Azərbaycan kubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar
"Turan Tovuz" klubunun məşqçilər korpusu bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər