"Atletiko"nun futbolçusu Sörlot "Sosyedad"la matçda 30 dəqiqəyə poker edib
sizinxeber.az xəbər saytı

"Atletiko"nun futbolçusu Sörlot "Sosyedad"la matçda 30 dəqiqəyə poker edib


"Atletiko Madrid"in norveçli hücumçusu Aleksander Sörlot İspaniya La Liqasının 35-ci turunda "Real Sosyedad"a qarşı matçda 30 dəqiqə ərzində dörd qol vurub.

“Sizinxeber.az” xəbər verir ki, görüş Madriddəki "Riyad Eyr Metropolitano"da keçirilib.

Sörlot 7, 10, 11 və 30-cu dəqiqələrdə fərqlənib. Birinci və üçüncü qollar arasındakı fasilə 3 dəqiqə 57 saniyə təşkil edib, bu nəticə İspaniya çempionatları tarixində rekord olub – 1995-ci ildə "Deportivo"nun futbolçusu Bebeto 4 dəqiqə 43 saniyəyə het-trik etmişdi.

Həmçinin norveçli oyunçu ölkə çempionatında matçın əvvəlindən ən tez üç qol vurmuş futbolçu olub, 1941-ci ildə 15 dəqiqə ərzində rəqib qapısına üç dəfə qol vuran Edmundo Suaresin nəticəsini üstələyib.

Görüş "Atletiko"nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Madrid komandası 70 xal toplayaraq turnir cədvəlində 3-cü yeri tutur. "Real Sosyedad" isə 43 xalla 12-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib
"Barselona" "Real Madrid"lə matçda tarixi rekorda imza atıb
"Barselona" "Real Madrid"lə matçda rekorda imza atıb
“Real Madrid” İspaniyanın Futbol Kubokunun ilk finalçısı olub
“Atletiko Madrid” səfərdə qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər