UEFA Çempionlar Liqasının cari mövsümündə ən yaxşı nəticəni “İnter” göstərib
UEFA Çempionlar Liqasının cari mövsümündə ən yaxşı nəticəni İtaliyanın “İnter” klubu göstərib.
“Sizinxeber.az”un məlumatına görə, komanda keçirdiyi 14 oyunda cəmi 1 dəfə məğlub olub.
Simone İnzaqinin baş məşqçisi olduğu komanda yeganə uğursuzluğu turnirin Liqa mərhələsinin VI turunda Almaniyanın "Bayer 04" klubuna qarşı matçda yaşayıb. Milan təmsilçisi bu görüşdə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “İnter” ötən gün yarımfinalda “Barselona”nı 4:3 (ilk oyun - 3:3) hesabı ilə məğlub edərək, iki görüşün nəticəsinə əsasən mayın 31-də Münhendə keçiriləcək finala vəsiqə qazanıb.
"İnter" finalda PSJ (Fransa) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüşdə Paris təmsilçisi qələbə qazanıb - 1:0.
Oxşar xəbərlər
"Barselona" ardıcıl 10-cu mövsümdə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazana bilməyib
Çempionlar Liqasında rekord təkrarlanıb
"Real"ı məğlub edən "Arsenal" tarixi rekorda imza atıb
Çempionlar Liqasının ilk finalçısı məlum olub
UEFA Çempionlar Liqası: İlk finalçının adına İtaliyada aydınlıq gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













