Çempionlar Liqasında rekord təkrarlanıb
sizinxeber.az xəbər saytı

Çempionlar Liqasında rekord təkrarlanıb


İtaliyanın "İnter" və İspaniyanın "Barselona" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin oyunlarında rekord təkrarlanıb.

"Sizinxeber.az" "Squawka" nəşrinə istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirində ikinci dəfə bu raundun matçlarında 13 qol qeydə alınıb.

Kataloniyadakı görüş 3:3 hesabı ilə yekunlaşıb. Milandakı qarşılaşmada isə "İnter" əlavə vaxtda 4:3 (əsas vaxt - 3:3) hesablı qələbəyə sevinib.

Daha əvvəl 2018-ci ildə İtaliyanın digər təmsilçisi "Roma" və İngiltərənin "Liverpul" komandasının ÇL-dəki yarımfinal oyunlarında 13 qol vurulub. Həmin vaxt mersisaydlılar 5:2, "canavarlar" isə 4:2 hesablı qalibiyyət əldə ediblər.

Qeyd edək ki, "İnter" finalda PSJ (Fransa) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüşdə Paris təmsilçisi qələbə qazanıb - 1:0.

Oxşar xəbərlər

Çempionlar Liqasının ilk finalçısı məlum olub
"İnter"in futbolçusu Çempionlar Liqasında yeni nailiyyətlərə imza atıb
UEFA Çempionlar Liqası: “İnter” İspaniyada “Barselona”nın qonağı olacaq
"Real" komandası yeni rekord müəyyənləşdirib
Çempionlar Liqası: “Barselona” - “İnter” matçında 6 qol vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər