İspaniya Kral Kubokunun qalibi bəlli olub
Futbol üzrə İspaniya Kral Kubokunun qalibi bəlli olub.
“Report”un məlumatına görə, “Barselona” və “Real Madrid” komandalarının üz-üzə gəldiyi matç Sevilyadakı “Olimpiya” stadionunda (Estadio Olímpico de la Cartuja) baş tutub.
Oyunda ilk qolu 28-ci dəqiqədə Pedri vurub. Hesabı “Real Madrid”in hücumçusu Kilian Mbappe (70) bərabərləşdirib, 7 dəqiqə sonra Arda Gülərin ötürməsini Tçouameni başla vuraraq “Kral klubu”nu önə keçirib.
Lakin əsas vaxtın bitməsinə 6 dəqiqə qalmış Ferran Torres komandasını məğlubiyyətdən xilas edə bilib. Oyunun əsas vaxtı heç-heçə başa çatığı üçün əlavə vaxt oynanılıb.
Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. Bununla da “Barselona” 32-ci dəfə İspaniya Kral Kubokuna sahib çıxıb.
Oxşar xəbərlər
“Barselona” kubokun sahibi olub
Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib
“Real Madrid” İspaniyanın Futbol Kubokunun ilk finalçısı olub
Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
