Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib
sizinxeber.az xəbər saytı

Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib


İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə məşhur "Goal" portalı öz versiyasını təqdim edib.

2000-ci ildən bəri Paris təmsilçisinin ən yaxşı 25 futbolçusunun adının daxil edildiyi siyahıya məhz Mbappe başçılıq edir.

Reytinqdə ikinci yer hücumçu Zlatan İbrahimoviçə verilib. İlk "üçlüy"ü isə braziliyalı Neymar qapayır. PSJ-nin və Braziliya millisinin digər sabiq futbolçusu Ronaldinyo 19-cu, argentinalı Lionel Messi isə 23-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Mbappe 2024-cü ilin yayında azad agent kimi PSJ-dən "Real"a transfer olunub. 25 yaşlı futbolçu 2024/2025 mövsümündə "Kral klubu"nun heyətində bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 8 qola və 1 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

Mbappe sentyabr ayı üçün "Real"ın ən yaxşı futbolçusu seçilib
Kilian Mbappe zədələnib
XXI əsrdə meydana çıxdığı oyunlara görə ən yaxşı qol ortalamasına malik futbolçular açıqlanıb - SİYAHI
Mbappe üç həftə yaşıl meydanlardan uzaq qalacaq
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər