sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyəli futbolçu baş məşqçiyə görə İspaniya klubundan ayrıla bilər
Türkiyə millisinin futbolçusu Arda Gülər İspaniyanın "Real" klubundan ayrıla bilər.
"Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, italiyalı baş məşqçi Karlo Ançelotti komandada qalsa, 20 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə vidalaşmaq niyyətindədir.
Gənc oyunçu bu barədə "kral klubu"nun prezidenti Florentino Peresə də məlumat verib.
Qeyd edək ki, Arda Gülər cari mövsüm heyətə düşməkdə çətinlik çəkir. O, "Real"da 33 matçda meydana çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Braziliyalı futbolçu qışda "Real"dan ayrıla bilər
"Arsenal" Arda Güləri transfer etmək istəyir
Belçikalı qapıçı "Real"dan ayrıla bilər
"Real"ın müdafiəçisi klubdan ayrıla bilər
Antuan Qrizmann "Atletiko"dan ayrıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
