Premyer Liqa: "Zirə" evdə "Şamaxı"nı məğlub edib
Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” evdə “Şamaxı”nı məğlub edib.
“Sizinxeber.az”un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Rafael Utziq (53), Ruan Renato (71) və Salifu Suma (90+3) Şamaxı klubunun qapısından keçirib.
Bu nəticədən sonra “Zirə” 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8-ci yerdə olan bölgə təmsilçisinin isə 28 xalı var.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1), "Sumqayıt" - "Sabah" (3:3) və “Kəpəz” - “Səbail” (1:1) oyunlarında qalib müəyyənləşməyib.
Oxşar xəbərlər
Premyer Liqa: "Zirə" "Qarabağ"a qalib gəlib
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib
Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib
Premyer Liqa: “Zirə” “Turan Tovuz”la heç-heçə edib
"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













