sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Turan Tovuz" antirekordunu təkrarlayıb
Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın 1:4 hesabı ilə uduzması sayəsində mümkün olub.
Həmin nəticə Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.
“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.
Oxşar xəbərlər
"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarlayıb
"Turan Tovuz" Premyer Liqa tarixində ilk dəfə səfərdə 4 qol vurub
"Qarabağ"ı məğlub edən "Turan Tovuz" "Şəmkir" və "Neftçi"nin göstəricisini təkrarlayıb
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
Premyer Liqa: "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













