Modriç "Real"ın heyətində ÇL-də ən çox oyuna çıxan futbolçuların siyahısında ilk "üçlüy"ə yüksəlib
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Luka Modriç UEFA Çempionlar Liqasında (ÇL) Madrid təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk "üçlüy"ə yüksəlib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, nüfuzlu turnirin 1/8 finalında "Atletiko" ilə cavab matçında reallaşıb.
Xorvatiyalı oyunçu "Real"ın heyətində 132-ci matçını keçirib. 39 yaşlı yarımmüdafiəçi bu göstəricidə əfsanəvi sabiq hücumçu Raul Qonsalesə çatıb. Ən çox oyun keçirənlərin siyahısında İker Kasilyas (152) birinci, Kərim Benzema (133) ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin "Atletiko" və "Real" arasında keçirilən cavab matçında Karlo Ançelottinin rəhbərlik etdiyi komanda penaltilər seriyasında qələbə qazanaraq (4:2) 1/4 finala yüksəlib. L.Modriç matçın 65-ci dəqiqəsində əvəzlənib. "Real" 1/4 finalda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub
Luka Modriç Madrid derbilərində iştirak sayına görə rekordçu olub
Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
Modriç "Real"ın heyətində ən çox mükafat qazanan futbolçu kimi tarixə düşüb
"Real" komandası yeni rekord müəyyənləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
