AFFA-nın cəzalandırdığı "Qaradağ Lökbatan" klubunun baş məşqçisi hakimlər otağına girməsinin səbəbini açıqlayıb
AFFA İntizam Komitəsinin cəzalandırdığı "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə Azərbaycan I Liqasının XVII turunda MOİK ilə oyundan sonra hakimlər otağına girməsinin səbəbini açıqlayıb.
O, "Sizinxeber.az"a açıqlamasında bunun penalti epizodu ilə bağlı olduğunu bildirib.
"Öncəki turlarda bir neçə dəfə təmiz penaltilərimizi verməyiblər. Əvəzində isə qapımıza 7 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. MOİK-lə son matçda rəqib qapıçı futbolçumuzun ayağına zərbə vurdu. Təkrara baxanda da qayda pozuntusunun olduğu aşkar görünür. Lakin qarşılaşmanın baş hakiminin fiti həmin an susdu. Mən də bu vəziyyətdən təngə gəldiyim üçün onların otağına yaxınlaşdım ki, haqqımız olan penaltini niyə təyin etmədiniz? Orada heç bir təhqir, söyüş və ya artıq-əskik söhbət olmayıb. Hətta şahidlər də var idi. Əslində mən dəhlizdə gedərkən anidən gördüm ki, hakimlər briqadasının otağının qarşısındayam. Təsadüfən ağlıma gəldi ki, içəri girim və sözümü deyim", - deyə A.Quluzadə vurğulayıb.
32 yaşlı mütəxəssis oyunun gedişində qırmızı vərəqə almasından xəbərsiz olduğunu söyləyib:
"İnanın, matç başa çatdıqdan sonra xəbərim olub ki, mənə qırmızı vərəqə göstərilib. Dediyim kimi, hakimlərin bəzi qərarları bizi təngə gətirib. Vaxtında düzgün qərarlar qəbul edilsəydi, bizim əlavə 10-12 xalımız olardı. Bu isə turnir cədvəlindəki mövqeyimizə müsbət təsir edərdi".
Qeyd edək ki, AFFA İntizam Komitəsi 2:2 hesabı ilə başa çatan MOİK - "Qaradağ Lökbatan" oyunundan sonra hakimlərin otağına daxil olan Amit Quluzadəni 3 oyunluq cəzalandırıb.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsi hakimlər otağına girən baş məşqçini cəzalandırıb
AFFA-nın 5 oyunluq cəzalandırdığı mütəxəssis: "Oyun zamanı dözə bilmədim, kəskin etirazımı bildirdim"
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək
MOİK-in məşqçisi 5 oyunluq cəzalandırılıb
AFFA hakimləri təhqir edən baş məşqçiləri 5 oyunluq cəzalandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
