Premyer Liqa: "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb


Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb.

“Report” xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı 49-cu dəqiqədə qonaq komandanın heyətində penalti zərbəsindən Brahim Konate açıb. 5 dəqiqə sonra qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirən qol vurulub. Rüfət Abbasovun avtoqolu gəncəlilərə 1 xal qazandırıb.

"Kəpəz" 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan “Şamaxı”nın 21 xalı var.

Turun son matçı “ASCO Arena”da “Səbail”lə “Sabah” arasında baş tutacaq. Saat 19:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvan”ı, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub - 0:3.

Oxşar xəbərlər

Premyer Liqada XXIII tura iki oyunla yekun vurulacaq
Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"lə heç-heçəyə razılaşıb
Premyer Liqada tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub
Azərbaycan Premyer Liqasında II tura yekun vurulub 
Premyer Liqanın XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle