İngiltərə Kuboku: “Mançester Yunayted” hakimin şübhəli qərar verdiyi oyundan qalib ayrılıb
İngiltərə Premyer Liqasının 1/16 finalında “Mançester Yunayted” “Lester”i qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Maykl Solsberinin idarə etdiyi matç “Old Trafford”da baş tutub.
Oyunda hesabı “tülkülər” açıb: 42-ci dəqiqədə De Kordova-Rid qapıçı Onananı məyus edib. “Qırmızı şeytanlar”ın cavabı isə ikinci hissədə gəlib: 68-ci dəqiqədə Zirkze status-kvonu bərpa edib. Oyunda son nöqtə isə əsas vaxt əlavə edilmiş 3-cü dəqiqədə vurulub: Brunu Alveşin ötürməsindən sonra Harri Maquayr topu tora göndərib. Videotəkrarda ingiltərəli futbolçunun ofsaydda olduğu ortaya çıxsa da, turnirin bu mərhələsində VAR mövcud olmadığına görə qol ləğv edilməyib.
Beləliklə, Ruben Amorimin yetirmələri İngiltərə Kubokunun 1/8 finalına vəsiqə qazanıblar.
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası: Amorimin “Mançester Yunayted”i ilk oyunda heç-heçə ilə kifayətlənib
İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb
"Mançester Yunayted" çempionatın ilk turunun matçında "Fulhem"ə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
