aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb


İngiltərə Premyer Liqasının X turunda Londonun “Tottenhem” komandası Birminqem “Aston Villa”sını, “Mançester Yunayted” isə paytaxt “Çelsi”sini qəbul edib.

“Sizinxeber.az” xəbər verir ki, baş hakim Kreyq Pousonun idarə etdiyi “Tottenhem” – “Aston Villa” matçı “Tottenhem Hotspur Stedium”da, Robert Consunun ədaləti qoruduğu “Mançester Yunayted” – “Çelsi” matçı isə “Old Trafford”da baş tutub.

Londonda reallaşan qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yadda qalıb. Hesabı 32-ci dəqiqədə “aslanlar” açıb: 22 yaşlı hücumçu Morqan Rocers italiyalı qapıçı Qulyelmo Vikarionu məyus edib. Birinci hissə qonaqların hesabdakı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə isə “mahmızlar” fəal başlayıb: 49-cu dəqiqədə uelsli Brennan Conson kapitan Son Hın Minin ötürməsindən maksimum yararlanıb. 75-ci dəqiqədə Şimali London təmsilçisi tablodakı rəqəmləri xeyrinə dəyişib: Dominik Solanke isveçli yarımmüdafiəçi Deyan Kulusevskinin dəqiq ötürməsindən sonra topu tora göndərib. Cəmi dörd dəqiqə sonra Solanke dubla imza ataraq fərqi artırıb. Oyunda son nöqtəni isə əlavə edilmiş 6-cı dəqiqədə ingiltərəli Ceyms Medison cərimə zərbəsindən vurduğu baxımlı qolla qoyub – 4:1.

Mançesterdə keçirilən matç qarşılıqlı qollarla yadda qalıb. Birinci hissə qolsuz keçsə də, ikinci hissədə komandalar qapıya yol tapıblar. 70-ci dəqiqədə “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Brunu Fernandeş penaltidən fərqlənib. Lakin Rud van Nistelroyun yetirmələrinin sevinci dörd dəqiqə çəkib: Moyzes Kaysedo "status-kvo"nu bərpa edib. Növbəti dəqiqələrdə oyun qarşılıqlı hücumlarla davam etsə də, heç bir komanda hesabı dəyişməyə müvəffəq olmayıb – 1:1.

Qeyd edək ki, 10 oyundan sonra “Tottenhem” 16 xalla yeddinci pilləyə yüksəlib. “Aston Villa” isə 18 xalla altıncı pillədə qalıb. “Old Trafford”dan bir xalla dönən “Çelsi” “Arsenal”ı geridə qoyaraq ilk "dördlüy"ə daxil olub. “Zadəganlar”ın 18 xalı var. 10 oyuna cəmi 12 xal qazanan “Mançester Yunayted” isə “Vest Hem”i qabaqlayaraq 13-cü pilləyə yüksəlib.

Turnir cədvəlinin vahid lideri Arne Slotun rəhbərlik etdiyi “Liverpul”dur (25 xal). Onun ən yaxın təqibçisi Pep Qvardiolanın “Mançester Siti”sidir (23 xal).

Çempionatın bombardiri isə 11 qolla Erlinq Holanndır.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşib
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub
İngiltərə Premyer Liqasının ən yaxşı cinah oyunçusu müəyyənləşib
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər