Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb
sizinxeber.az xəbər saytı

Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb


“Turan Tovuz”da işləyən Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onadək 63 əcnəbi mütəxəssis və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.

Berdıyevin debütü I turda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri qarşılaşmada gerçəkləşib.

O, “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.

Oxşar xəbərlər

"Turan Tovuz" Superliqa klubu ilə heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruslan Abışovun "Turan Tovuz"a təyinatı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Turan Tovuz"un Türkiyə klubu ilə yoxlama matçı ləğv olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Turan Tovuz" klubunun məşqçilər korpusu bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Neftçi" – "Turan Tovuz" matçında qalib müəyyənləşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər