"Beşiktaş" xorvatiyalı baş məşqçi ilə anlaşa bilməyib
sizinxeber.az xəbər saytı

"Beşiktaş" xorvatiyalı baş məşqçi ilə anlaşa bilməyib


Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Niko Kovaçla anlaşa bilməyib.

"Report" “Sky Sports"a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis "ağ-qaralar"ın təklifini qəbul etməyib.

İstanbul təmsilçisinin rəhbərliyi 53 yaşlı çalışdırıcı ilə görüşsə də, razılıq əldə olunmayıb. "Beşiktaş" sabiq baş məşqçisi Covanni van Bronkhorstla yolları ayırdıqdan sonra mütəxəssis axtarışındadır.

Qeyd edək ki, N.Kovaç karyerası ərzində Xorvatiya millisi ilə yanaşı, Almaniyanın "Ayntraxt", "Bavariya" və "Volfsburq" klublarını çalışdırıb. O, Fransada "Monako" klubunda da baş məşqçi kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçisi vəfat edib
"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçsi vəfat edib
"Real"ın və "Beşiktaş"ın sabiq futbolçusu Argentina klubunu çalışdıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər