"Milan" "İnter"i məğlub edərək İtaliya Superkubokunun qalibi olub
"Milan" "İnter"lə Milan derbisində 0:2 hesabından “geri dönüş” 8-ci dəfə İtaliya Superkubokunu qazanıb.
“Sizinxeber.az” xəbər verir ki, qarşılaşma Ər-Riyadda (Səudiyyə Ərəbistanı) neytral “Əl-Əvval Park” stadionunda keçirilib. Matçın baş hakimi italiyalı Simone Sodza olub. Görüş "Milan"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 45+1-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines açıb. 48-ci dəqiqədə Mehdi Taremi ev sahiblərinin üstünlüyünü ikiqat artırıb. 52-ci dəqiqədə Teo Hernandes buraxılmış qollardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə Kristian Pulişiç hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə "Milan"ın hücumçusu Temmi Abraham komandasını önə çıxarıb.
İtaliya Superkuboku ikinci dəfə dörd komandanın iştirakı ilə pley-off sistemi ilə keçirilib. Yarımfinalda "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. "Milan" isə öz növbəsində "Yuventus"u turnirdən kənarlaşdırıb - 2:1. Bütün oyunlar Səudiyyə Ərəbistanında keçirilib.
"Rossoneri" İtaliya Superkubokunu 2016-cı ildən bəri ilk dəfə qazanıb, ümumilikdə komandanın səkkiz belə titulu var. Əvvəllər üç il dalbadal bu kubok "İnter"ə qismət olub, ümumilikdə komanda İtaliya Superkubokunu səkkiz dəfə qazanıb. Bu göstəriciyə görə rekordçu doqquz dəfə kubok qazanan "Yuventus"dur.
Oxşar xəbərlər
"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İnter” “Atalanta”nı məğlub edərək, İtaliya Superkubokunun finalına yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İnter" İtaliya Superkubokunun finalına yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İnter" A Seriyasında qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya Superkuboku: "Milan"ın hücumçusu "Yuventus"la oyunu buraxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












