"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib
İtaliya A Seriyasının 5-ci turunda "İnter" və "Milan" arasında oyun baş tutub.
“Sizinxeber.az” xəbər verir ki, komandalar İtaliyanın Milan şəhərində “San Siro” (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar.
Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i yenib.
Belə ki, 10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federico Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə "Milan"ın müdafiəçisi Matteo Qabbia Teyani Reyndersin ötürməsindən sonra topu tora göndərib.
Bu qələbədən sonra "Milan" səkkiz xal toplayaraq A Seriyasının turnir cədvəlində altıncı yerdə qərarlaşıb. "İnter"in də aktivində səkkiz xal var və yeddinci yerdədir.
Oxşar xəbərlər
"Milan" baş məşqçisi ilə yollarını ayıra bilər
"İnter" kapitanı ilə müqavilə müddətini artırıb
"İnter" Albaniya millisinin üzvü ilə müqavilə müddətini artırıb
İlham Əliyev Milan şəhərinə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
