sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Dünya çempionu A Seriyası klubunun baş məşqçisi postundan qovulub
İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi vəzifəsindən qovulub.
"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə işindən kənarlaşdırılıb.
A.Nesta cari mövsümün əvvəlindən "Montsa"ya rəhbərlik edirdi. Onun baş məşqçisi olduğu kollektiv bu mövsüm 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə məğlub olub. Komanda cəmi 1 matçda qələbə qazana bilib.
Qeyd edək ki, "Montsa" A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun baş məşqçisi postundan qovulub
Çempionlar Liqasında iştirak edən klubun baş məşqçisi qovulub
Antonio Konte A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib
"Valensiya" baş məşqçisi ilə yollarını ayırıb
"Milan"ın sabiq baş məşqçisi A Seriyası təmsilçisini çalışdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













