Dünya və ikiqat Avropa çempionu karyerasını başa vurub
sizinxeber.az xəbər saytı

Dünya və ikiqat Avropa çempionu karyerasını başa vurub


İspaniya millisinin heyətində dünya və ikiqat Avropa çempionu olmuş Xesus Navas karyerasını başa vurub.

"Sizinxeber.az" xəbər verir ki, "Sevilya"nın 39 yaşlı müdafiəçisi üçün La Liqanın XVIII turunda "Real"la səfər matçı (2:4) sonuncu olub.

Təcrübəli futbolçu qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub. O, daha əvvəl bud nahiyəsində ciddi problemlər yaşadığı üçün mövsümün ortasında karyerasını bitirmək məcburiyyətində qaldığını söyləmişdi.

Qeyd edək ki, müdafiəçi İspaniya millisində meydana çıxdığı 56 oyunda 5 qolla yadda qalıb. Karyerası ərzində "Sevilya" və "Mançester Siti"nin formasını geyinmiş X.Navas bu komandaların heyətində ümumilikdə 672 oyun keçirib, 33 qol vurub.

Oxşar xəbərlər

AVRO-2024-ün qalibi dekabrda karyerasını bitirəcək
Fransalı dünya çempionu 31 yaşında karyerasını başa vurub
İspaniya millisinin keçmiş müdafiəçisi karyerasını Argentinada davam etdirə bilər
Portuqaliya millisinin üzvü karyerasını başa vurub
"Real"ın sabiq qapıçısı karyerasını başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər