AVRO-2024-ün qalibi dekabrda karyerasını bitirəcək
"Sevilya" klubunun futbolçusu, İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olan Xesus Navas dekabrda karyerasını bitirmək qərarına gəlib.
"Report" xəbər verir ki, o, bu barədə "Canal Sur Radio"ya danışıb.
38 yaşlı vinger buna səbəb kimi xroniki ağrılardan əziyyət çəkdiyini göstərib. Onun sözlərinə görə, ombasındakı ağrılar səbəbindən oyunlardan sonra bir neçə gün yeriməkdə çətinlik çəkir və getdikcə bu durum daha da ağırlaşır. Lakin futbolçu dekabra qədər "Sevilya"da karyerasına davam etmək istəyir.
Qeyd edək ki, X.Navas karyerası ərzində "Sevilya" ilə yanaşı, İngiltərənin "Mançester Siti" klubunda da oynayıb. O, 2013-2017-ci illərdə formasını geyindiyi Mançester təmsilçisinin heyətində meydana çıxdığı 123 oyunda 4 qol vurub. Futbolçu "Sevilya"nın heyətində ümumilikdə 692 oyun (2003-2013, 2017-2024) keçirib.
Oxşar xəbərlər
AVRO-2024-ün ən yaxşı futbolçusu "Real"a transfer oluna bilər
"Sevilya"nın futbolçusu Argentina klubuna keçib
"Sevilya" Premyer Liqa klubunun futbolçusunu heyətinə qatıb
"Sevilya" klubunun futbolçusu Meksika çempionatında çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
