Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl-Hilal" sosial şəbəkələrdə kolektivlə birlikdə məşqlərə qoşulan 32 yaşlı futbolçunun şəklini paylaşıb.
Dizindəki çarpaz bağların qopması səbəbindən 1 ilə yaxın yaşıl meydanlardan kənarda qalan və yeni sağalan hücumçu noyabrın 4-də Asiya Çempionlar Liqasında İranın “istİqlal” komandasına qarşı matçda (3:0) növbəti dəfə zədələnmişdi. Braziliyalı futbolçu ikinci hissədə oyuna qoşulmuş və əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış budunun arxa hissəsini zədələyərək meydanı tərk etmişdi.
Qeyd edək ki, Neymar “Əl-Hilal”ın heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.
Oxşar xəbərlər
Neymar Asiya Çempionlar Liqasının oyununda meydana çıxa bilər
Neymar: "Mən qıcolma hiss etdim, amma çox güclü idi”
Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb
Neymar zədələnməsini şərh edib: Güclü qıcolma hiss etdim
Neymar zədə almasını şərh edib: "Qıcolma hiss etdim, amma çox güclü idi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













