UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub
UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub.
“Sizinxeber.az”un məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşıb.
Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olub.
Səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşan “Qarabağ”ın rəqiblərindən FKSB (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşüb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VI tur
12 dekabr
“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) 3:0
“Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) 0:0
PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) 5:0
“Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) 1:2
“Yunion” (Belçika) - “Nitsa” (Fransa) 2:1
“Ludoqorets” (Bolqarıstan) - AZ (Niderland) 2:2
“Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) 2:2
“Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) 0:0
“Portu” (Portuqaliya) - "Midtyullann" (Danimarka) 2:0
“Ayaks” (Niderland) - “Latsio” (İtaliya) 1:3
“Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) 1:1
“Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) 1:2
“Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:0
“Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) 3:2
“Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) 2:1
“Budyo Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) 2:1
“Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) 1:0
Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulacaq
UEFA Avropa Liqası: Liqa mərhələsinin III turuna bu gün yekun vurulacaq
UEFA Avropa Liqası: Liqa mərhələsinin III turuna yekun vurulub
UEFA Avropa Liqası: “Fənərbağça” qalib gəlib, “Beşiktaş” məğlub olub
UEFA Avropa Liqası: Liqa mərhələsində II turun qarşılaşmaları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











