Eldəniz Əzizli: "Beşinci dəfə dünya çempionu olmağa çalışacağam"
sizinxeber.az xəbər saytı

Eldəniz Əzizli: "Beşinci dəfə dünya çempionu olmağa çalışacağam"


Beşinci dəfə dünya çempionu olmağa çalışacağam. Bundan sonra karyeramı bitirəcəyəm.

"Sizinxeber.az" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

32 yaşlı idmançı növbəti il Avropa çempionatına qatılmayacağını söyləyib:

"Gələcəkdə nələrin olacağını bilmirəm. Amma dünya çempionatlarındakı beşinci qızıl mükafatı əldə etmək istəyirəm".

Əzizli finalda məğlub etdiyi iranlı rəqibi Poya Marz haqqında da danışıb:

"Onunla əvvəl də üz-üzə gəlmişik. Bir-birimizi yaxşı tanıyırıq".

Qeyd edək ki, Eldəniz Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.

Oxşar xəbərlər

Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2
Azərbaycanlı güləşçi dördüncü dəfə dünya çempionu olub
Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Azərbaycanın üç güləşçisi dünya çempionatında qızıl medal qazana bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər