Azərbaycanın üç güləşçisi dünya çempionatında qızıl medal qazana bilər
Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatda bu gün final görüşünə çıxacaq.
"Report"un məlumatına görə, Eldəniz Əzizli (55 kq) qızıl medal uğrunda görüşdə iranlı Poya Marz ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə münasibətlərə aydınlıq gətirəcək.
Qurban Qurbanov (82 kq) isə təsəlliverici qarşılaşmada Özbəkistandan olan Jalqasbay Berdimuratov ilə qarşılaşacaq.
Qadın güləşçilərimiz də mübarizəyə start verəcəklər. Alyona Kolesnik (59 kq) braziliyalı Ana Franka, Elis Manolova (65 kq) polşalı Nataliya Kubati ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı okyabrın 31-də başa çatacaq.
Oxşar xəbərlər
Dünya çempionatının ilk günündə Azərbaycanın dörd güləşçisi mübarizə aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa çempionatı: Azərbaycanın daha 4 güləşçisi medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi medal qazanıb, 4-ü “bürünc” uğrunda yarışacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa çempionatı: bu gün 5 güləşçi mübarizəyə qoşulacaq, 3-ü medal görüşünə çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













