"Qarabağ"ın futbolçusu: "Gələcək üçün çox həyəcanlıyam"
Gələcək üçün çox həyəcanlıyam.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç şəxsi instaqram hesabında yazıb.
29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 100-cü oyununu keçirməsinə münasibət bildirib:
"Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik".
Qeyd edək ki, "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI turunun matçı Marko Yankoviç üçün əlamətdar olub. Monteneqrolu oyunçu çempionatda 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: IX tur "Qarabağ"ın futbolçusu üçün əlamətdar olub
"Qarabağ"ın legioneri: "Motivasiyamız yüksəkdir"
"Qarabağ"ın iki aparıcı futbolçusu "Dinamo" ilə matçları buraxacaq
"Qarabağ”ın sabiq futbolçusu: "Komanda ötənilki oyununu göstərmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
