“Neftçi”nin sabiq məşqçisi: “Samir Abasov komandanı bu vəziyyətdən çıxara bilər”
sizinxeber.az xəbər saytı

“Neftçi”nin sabiq məşqçisi: “Samir Abasov komandanı bu vəziyyətdən çıxara bilər”


Samir Abasov “Neftçi”ni bu vəziyyətdən çıxara bilər.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin keçmiş futbolçusu və məşqçisi Yaşar Vahabzadə deyib.

64 yaşlı mütəxəssis "Sumqayıt"dan ayrılan Samir Abasovun “Neftçi”yə fayda verə biləcəyini vurğulayıb:

“Futbol ictimaiyyətinin əksər hissəsi “Neftçi”yə yerli məşqçinin təyin olunmasını istəyirdi. Rəhbərlik də bu fikirləri nəzərə aldı. Əcnəbiləri dəvət edirdilər, amma nəticə yox idi. Futbolçuların fərdi olaraq səviyyələri yaxşıdır. Sadəcə, “Neftçi”ni komanda şəklində görə bilmirdik. Qriqorçuk gəldi, Qara Qarayev və Emin Mahmudovla problemlər yaşadı. Emindən kapitan sarğısı alındı. Bu, istər-istəməz futbolçulara təsir edir. Kənardan baxanda komandada yaxşı ab-hava görünmür. Hər halda, Samir Abasov yerli futbolçuları yaxşı tanıyır, komandanı çempion edib. Daha sonra ikinci yeri tutub".

O, komandada birlik yaratmağın vacibliyini qabardıb:

“Samir xarakterli məşqçidir, çılğındır, tələbkardır. Futbolçu var, əsas komandanı formalaşdırmaqdır. Samir “Neftçi”ni bu vəziyyətdən çıxara bilər. İlk iki yerə iddia edib-etməyəcəklərini demək çətindir. Amma ilk “4-lüy”ə düşə bilərlər. Futbolçulara ürək-dirək vermək, komandada birlik yaratmaq lazımdır. Ümid edək ki, hər şey qaydasında olacaq”.

Qeyd edək ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasında 5 xalla 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Samir Abasov: "Sabah bizi ağır oyun gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Abasov: Biz qalan 30 faiz şansımızdan yapışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Abasov: Azlıqda qalmağımız bütün planlarımızı pozdu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Abasov: Sabah bizi ağır oyun gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadiqov: "Qarabağ" - "Neftçi" oyunu gərgin mübarizəyə səhnə ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər