Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər
sizinxeber.az xəbər saytı

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər


Estoniya millisinin Polşanın "Odra" klubunda çıxış edən futbolçusu Artur Pikk Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının matçını buraxa bilər.

"Report" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yurgen Henn mətbuat konfransında məlumat verib.

Mütəxəssis müdafiəçinin bazar günü Polşa çempionatının oyununda topuğundan zədə aldığını bildirib:

"Zədənin miqyası hələlik dəqiq deyil. Onun vaxta ehtiyacı var. Bu gün müayinə olunacaq. Daha sonra durumuna tam aydınlıq gələcək".

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"
Estoniya yığmasının Azərbaycana qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb
"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər
Estoniya - Azərbaycan oyunuöncəsi açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib
Millətlər Liqası: Estoniya - Azərbaycan matçının təyinatları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər