UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" oyununun hakimləri müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçının təyinatları açıqlanıb.
"Sizinxeber.az" xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anastasios Papapetrou idarə edəcək. Tryfon Petropoulos və Iordanis Aptosoglou oyunun baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelou, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Hakim-inspektor Laurent Duhamel (Fransa), UEFA nümayəndəsi Aleksandr Keplin (Qazaxıstan) olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçının biletləri bu gün satışa çıxacaq
UEFA Avropa Liqası: "Qarabağ"ın açıq məşqi və mətbuat konfransının vaxtı müəyyənləşib
UEFA Avropa Liqası: "Qarabağ" bu gün İngiltərədə "Tottenhem"lə üz-üzə gələcək
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibinin futbolçusu zədə səbəbindən mövsümü başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
