“Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
sizinxeber.az xəbər saytı

“Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib


Qəbələ şəhər stadionunda I Liqada mübarizə aparan “Qəbələ” klubunun əsas komandasının üzvlərinə, eləcə də U-15, U-17 və Gənclər Liqası komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Sizinxeber.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

"Şamaxı" klubunun futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
“Cəbrayıl”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Azərbaycan klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Maliyyə menecerləri üçün seminar keçirilib
Çində 43 nəfər futboldan ömürlük uzaqlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər