“Cəbrayıl”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
sizinxeber.az xəbər saytı

“Cəbrayıl”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib


Azərbaycan I Liqasında mübarizə aparan “Cəbrayıl” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Sizinxeber.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ruslan 93 İdman Kompleksində baş tutan seminarda UEFA-nın oyunların toxunulmazılığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

"Şamaxı" klubunun futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
Maliyyə menecerləri üçün seminar keçirilib
Çində 43 nəfər futboldan ömürlük uzaqlaşdırılıb
Lənkəranda Cənub zonasının hakimləri üçün seminar keçirilib
AFFA azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər