Karlo Ançelotti 44 ildən sonra yeni rekorda imza atıb
"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında 44 ildən sonra yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, 65 yaşlı mütəxəssis buna La Liqanın VII turunda "Alaves"ə qalib gəlməklə (3:2) nail olub.
Ançelotti paytaxt təmsilçisi ilə çempionatda ardıcıl 39 matçda uduzmayıb.
Əvvəlki rekord "Real Sosyedad"ın sabiq baş məşqçisi Alberto Ormaeçaya məxsus olub. 2005-ci ildə 66 yaşında dünyasını dəyişən mütəxəssis 1979-1980-ci illər aralığında Bask klubu ilə 38 qarşılaşmada uduzmayıb.
Qeyd edək ki, "Real"ın hazırkı uğuru La Liqa tarixində ikinci ən uzun seriyadır. "Barselona" 2017-2018-ci illərdə 43 görüşdə yenilməyib. Lakin həmin müddətdə komandada Luis Enrike və Ernesto Valverde baş məşqçi işləyib.
Oxşar xəbərlər
Ançelotti karyerasını "Real"da başa vuracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ançelotti karyerasını başa vuracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real" klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyalı futbolçu ABŞ-də rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












