"Sumqayıt"ın legioneri: “Asiya Futbol Mükafatları”na namizəd olduğum üçün qürurluyam
“Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər sırasında olduğum üçün qürurluyam.
Bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun pakistanlı futbolçusu İsa Suliman deyib.
O, 2024-cü ildə “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçusu adına namizəd olması ilə bağlı fikirlərini bölüşüb:
"Yadımdadır, 2015-ci ildə ən yaxşı gənc futbolçu mükafatını qazanmışdım. İndi əsas mükafata namizəd olduğum üçün xüsusi hisslər keçirirəm”.
26 yaşlı müdafiəçi bu siyahıya düşməyin böyük nailiyyət olduğunu vurğulayıb:
“Qısa siyahıya düşmək artıq böyük nailiyyətdir. Digər 2 futbolçu öz klublarında güclü mövsüm keçiriblər və çox yaxşı oyunçulardır. Ona görə də çətin olacaq. Ötən mövsümü yaxşı keçirdim. Çox oyunlarda iştirak etdim. “Sumqayıt”ın UEFA Konfrans Liqasına vəsiqə qazanmasına kömək etdim. Həmçinin Pakistan yığmasının heyətində dünya çempionatının seçmə mərhələsində ilk oyunda qələbə qazandıq. Londonun “Uembli” stadionunda keçiriləcək mükafatlandırma mərasimi heyrətamiz hadisədir. Baljit Rihal (agent) və komandasının asiyalıları futbolda tanıtmaq üçün gördüyü işlər əladır”.
Qeyd edək ki, sözügedən nominasiyada İ.Sulimanın rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuridir (“Lester Siti”, İngiltərə). "Asiya Futbol Mükafatları" Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan, Nepal, Butan və Maldiv adalarından olan futbolçuları əhatə edir.
Oxşar xəbərlər
“Sumqayıt”ın üzvü “Asiya Futbol Mükafatları”na namizədlər arasında yer alıb
Rusiyada 2023/2024 mövsümünün ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib
AVRO-2024-ün ən yaxşı futbolçusu "Real"a transfer oluna bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
