"Real"ın gənc futbolçusu Raul Qonsalesin rekordunu qırıb
İspaniyanın "Real" klubunun gənc futbolçusu Endrik komandanın sabiq üzvü Raul Qonsalesin rekordunu qırıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu Madrid klubunda qol vuran ən gənc futboloçu ünvanını ələ keçirib.
18 yaşlı hücumçu bunu ötən gün UEFA Çempionlar Liqasında "Ştutqart"la oyunda reallaşdırıb. O, Almaniya klubuna qol vurarkən 18 yaş 58 günündə olub.
Madrid klubunun əfsanəsi isə bunu 1995/1996 mövsümündə 18 yaş 113 günündə olarkən Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı oyunda həyata keçirmişdi. R.Qonsales sözügedən görüşdə het-trikə imza atmışdı.
Qeyd edək ki, "Real" - "Ştutqart" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Endrik 90+5-ci dəqiqədə fərqlənib.
Oxşar xəbərlər
Türkiyə millisinin futbolçusu Çempionlar Liqasında yeni rekordlara imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın sabiq futbolçusu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun futbolçusu: Bəlkə də "Qarabağ"la ilk oyunda qeydə alınan nəticə real deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













