"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı
sizinxeber.az xəbər saytı

"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı


"Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı.

"Report" xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis 3:0 hesabı ilə qazanılan qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta, qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik".

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər